Talk:John Hatch (development specialist)/Archive 1

Archive 1

Untitled

"FİNCA AZƏRBAYCAN" country director of the MMQBKT CEF to FLAUERS Mr. "FİNCA AZƏRBAYCAN" of the Zagatala branch of the MMQBKT Əliyev (the) driver by Huseyn

Appeal

I am four months two years that I work (strive) in the driver of the Zagatala branch of the MMQBKT post (duty) of "FİNCA AZƏRBAYCAN". I want to give information (to) you about my work (business, affair) that/where I did pes?karcas?na during this time.

Respected (dear) Mr. CEF being disturbed in this appeal roughly of the rights of the simple worker my FLAUERS qöstərilir (to) you. We know your efforts work (business, affair) of each "FİNCA" huquqlarının in (the) protecting. Event of bribery where/which have/has happened in the Shaki branch in our mind. Elnur using (the) water from (the) F?r?covun post (duty), I ask criticize (review) from you justlyly with/by correct position to (the) calculation of my means taking into account accept (take) "rusv?t" or as (like) "horm?t" for my stay (remain) in the work (business, affair) of private qedis-q?lisini. I feel "FİNCA" worker pride and render transparent and without bribe service. Heyy?timizd? values being in between us of the people as (like) F?r?cov Mr. any "rusv?txor", "sirinlik" or "horm?t" Elnur ruyas?nda as (like) insult and I accept (take).

“FİNCA AZƏRBAYCAN” MMQBKT-nin ölkə direktoru CEF FLAUERS cənablarina “FİNCA AZƏRBAYCAN” MMQBKT-nin Zaqatala filialinin sürücüsü Əliyev Huseyn tərəfindən


MÜRACİƏT

Mən iki il dörd aydir ki, “FİNCA AZƏRBAYCAN” MMQBKT-nin Zaqatala filialinin sürücüsü vəzifəsində çalışıram. Bu müddətdə peşəkarcasına gördüyüm işim barəsində Sizə məlumat vermək istəyirəm. Zaqatala filialinin ilk günlərindən ilk işci olarag dörd divardan ibarət olan boş ofisdə iş fəaliyyətimə başlamıam. Filialın gurulmasında böyük əməyim olmuşdur. Ofisdə olan bütün əşyaları ( bir – iki iri həcimli əşyaları çıxmaqla) yəni komputerlərin, stulları, printerləri, dispenseri bütün ofis ləvazimatları və sairə... hətda seyfi belə öz idarə etdiyim avtomobilimdə Gəncə və Şəki şəhərlərindən ofisimizə gətirmişəm.Mənə tapşırılan hər bir işi yüksək keyfiyyətlə yerinə yetirmişəm. İşcilərin daşınmasinda narahatçılıq, təşviş yaratmamışam. İşlədiyim bütün bu müddət zamanı bir dəfə də olsun belə avtomobilim nasaz olub ofisin işini ləngitməmişəm. Avtomobilimin nasazlığı ilə bağlı problem yaratmamışam. Hər zaman avtomobilimi təmiz, yanacaqla dolu və saz vəziyyətdə saxlamışam.Admin. İşcisi ofis üçün bazarlıq etdiyi zaman filialın xərclərini güdərək ən ücüz mağazalardan alınmasını təklif edərək öz köməyimi etmişəm. İşlədiyim ilk gündən bu günə qədər bir dəfə olsun belə işə gecikməmişəm. Heç bir işçi ilə münaqişəm olmayıb. Komanda işində öz çevikliyimlə, bacariğımla öndə olmuşam. Hər hansı bir tədbirdə və ya kollektivlə görüləcək işlərdə gözəl təkliflərimlə, işguzarlığımla işcilər tərəfindən alqışlanmışam. Hər bir işciyə ayrı-ayrılıqda çox köməyim dəyib. Ofisdə hər bir kommunal işlərə mən baxmışam ( suyun vurulması, işıq generatora nəzarət, yanan lampaların dəyişilməsi, sınan sökülən əşyalarin bərpası və sairə kimi işləri görmüşəm) . Şəxsən menecerimiz E.Fərəcov digər ofislərin işciləri ilə, məsələn Gəncə ofisindən Sara xanımla, Şəki Ofisindən Kamil müəllimlə, hətda auditorlarla, bizə gəldiyi zaman, bu haqda söhbət düşəndə- Hüseyn müəllim bizim ofisimizin “ zampatılı”, universal masteri olduğunu vurğulayıb. Hər ayda menecerimiz E.Fərəcovun Gəncəyə iclasa getməsi ilə əlagədar olaraq saat 10:00-da başlanacaq iclasa catdırmağım üçün, uzaq bölgə olduğumuzdan, səhər saat 6:30-da yola düşürdüm. İclas 18:00-da gurtardiqdan sonra Gəncədən ayrılıb rayonumuza gəlib menecerimiz E.Fərəcovu evinin garşısına catdırıb işimi bitirdikdə saat 22:00 və ya 23:00 olurdu. Bu hal ayda birdəfə xəzinadarı Gəncəyə apardığım zaman təkrarlanırdı. Bir gün ərzində 7 – 8 saat əlavə olaraq ödənişsiz işlədiyimə baxmayaraq narazılığımı bildirməmişəm. Hər ay dəfələrlə iş saatımdan artıq “Şatıl”larda olmuşam. Tez-tez qeyri iş vaxtlarında Bakıdan gəlib çatacaq avtobusla ofis üçün yük göndərilirdi. Mən bu qeyri iş saatlarında avtobusu garşılayıb yükü ofisə catdırırdım. Qış aylarında hava şəraiti ilə bağlı olaraq avtobus saatlarla gecikirdi. Bunlara baxmayaraq avtobusu qarşılayıb yükü qəbul edirdim. Mənim işimi qiymətləndirərək Əməliyyat meneceri Vüsal Verdiyevin təqdimatı ilə FİNCA AZƏRBAYCAN” MMQBKT-nin ölkə direktoru CEF FLAUERS cənabları tərəfindən “FİNCA AZƏRBAYCAN” MMQBKT-nin Zaqatala filialının təmənnasız olaraq iş vaxtından daha artıq işləyən işçisi olduğum üçün rəsmi olaraq təltif edilmişəm. Bura qədər yazdıqlarım mənim “FİNCA AZƏRBAYCAN” MMQBKT-nin Zaqatala filialı üçün gördüyüm işin müəyyən qismidir. İndi mənim Sizə catdıracağım isə “FİNCA AZƏRBAYCAN” MMQBKT-nın Zaqatala filialın meneceri E.Fərəcov cənabları ücün gördüyüm işlər barəsindədir. Yuxarıda qeyd etdiyim kimi ilk iş günlərimizdə E.Fərəcovla birlikdə idik. Məndən səhər işə gələndə, nahara getdikdə-gəldikdə, işdən çıxanda marşrut vərəqəsində geyd etmədən aparıb gətirilməsini xahiş etdi. Məndə bir iş yoldaşı olarag bu xahişi səmimi qəbul etdim. Bu xahiş aylar keçdikcə şəxsi maraqlarını güdən böyük tələblərə çevirdi. Sonra asta-asta istirahət günlərimi, işdən sonrakı saatlarımı E.Fərəcov cənabları üçün məcburi sərf etməyə başladım. Mənə zəng edib çağırıb və müəyyən şəxsi işləri üçün sürdürürdü. Dəfələrlə iş saatı bitdikdən sonra ofisin garşısında gözləməyə məcbur edirdi. Saatlarla gözləməli olurdum. Ofisə qalxıb nə etdiyini maraqlananda internetdə gızlarla söhbət etdiyini gördükdə pərt olurdum. Mən ona tələsdiyimi, işim olduğunu bildirdikdə fərqinə varmadan gözləməyimi tələb edirdi.Mənim ofisin qarşısında onu gözləməyimi dəfələrlə işcilərimiz müşahidə edirdilər. Bu adi hala çevrilmişdi. Çünki E.Fərəcov o vaxtları subay olduğundan evə getməyə tələsmirdi. İşlədiyimiz 6-7 aydan sonra E.Fərəcov ailə qurdu. Ofisdə ən çox sevinən bəlkədə mən idim.Elə guman etdim ki,artıq evləndi evinə tez gedər.Mənim yüküm azalar.Gözlədiyimdən daha pis hallar başladı.İndi mən tək E.Fərəcova yox ailəsinə xidmət etməli oldum.Xidmətimlə bərabər “xidmət” saatlarımda artdı. Mən şənbə bazar günləri E.Fərəcov tərəfindən olan mobil telefon zənglərindən yayınmağa başladım.Məni ev telefonundan axtarmağa başladı. Ailəmdən ona zəng vurmağı tələb edirdi. Sonralar məni belədə tapa bilməyəcəyini görəndə bütün şəxsi işlərini iş günlərinə salmağa başladı. Beləliklə mən FİNCA-da E.Fərəcova və ailəsi üçün işləməyə basladım. Tez-tez həyat yoldaşını poliklinikaya, evi üçün bütün bazarlıqlara və hətta rayonumuzda yerləşən hərbi hissəyə həmyerlisi olan əsgərin yanına gedirdik. Hər bazarlığı üç saat çəkirdi. Yaşadığı binada təbii qaz olmadığından hər dəfə 40-litr qaz tutumlu balonu stansiyadan doldurub idarə etdiyim avtomobil ilə gətirib 4-cü mərtəbəyə qaldırmalı olurdum. Bu yazdıqlarlmın hamısını iş saatlarında həyata keçirirdi. İşdən sonra marketləri, aptekləri gəzməli olurdum. Mənim cibimin puluna tökülüb işlədilən yanacaq onun üçün maraqlı deyildi. Mən bir gün E.Fərəcova sürdüyüm bu km-lərı cibimin puluna olduğunu dedikdə: “problemin nədi ? götür FİNCA üçün sürülən km-lərin üstünə artıq yaz!”-təklifini etdi. Mən bu təkliflə razılaşmayaraq – imtina etdim. Ofisə gəldikdə işçilər mənim əsəbləşdiyimi görüb-nə baş verdiyini soruşdular.Onlara E.Fərəcovun məndən saxta iş görməyimi məsləhət görməsini danışdım. Hamı bir ağızdan-“E.Fərəcov həddini aşdıgını” söylədilər. Hər gün səhər saat 10-11 radələrində E.Fərəcov ofisdən çıxaraq- gedək deyirdi. Getdiyimiz yer isə çayxana olurdu. Bu bir adət halını almışdı. Mən E.Fərəcovun arxasınca çıxanda işçilər “çay saatı gəldi“ deyərək rişğənd edirdilər. Biz bir-iki saat çayxanada oturduqda iş saatı keçirdi. Sonra isə nahara-evinə çatdırırdım. Saat 14:00-da nahardan qayıdıb evinin qarşısında dayanırdım. E.Fərəcov isə mənzilin balkonundan siqaret çəkərək məni seyr edirdi. Heç bir məsuliyyət hiss etmədən 20-40 dəqiqədən sonra düşüb gəlirdi –ofisə gedirdik. Bu hal səhərlər onu götürmək üçün gələndədə baş verirdi-və işə gecikirdi. Mən ona bu barədə dedikdə mənə belə cavab verirdi-”naçalnik ne opazıdvayet,a zaderjivayetsya “! Bir gün Gəncəyə iclasa getmişdik. Bizimlə Balakən ofis-marketdə fəaliyyət göstərən işçimiz Təranə xanım və Şəki filianının Qax ofis-marketində inaqurator vəzifəsində çalışan Aygül xanımda bizimlə idi. Gəncədə iş qurtarıb biz Zaqatalaya qayıtmaq istədikdə E.Fərəcov Ağstafa rayonuna getməli olduğunu söylədi. Oradan onun qaynanasını götürüb Zaqatalaya çatdırdım. Qax–Zaqatala yol ayrıcında Aygül xanımın ailəsi qarşılayıb apardı. Amma mən Təranə xanımı Balakənə evlərinə özüm çatdırmalı oldum. Çox gec olmuşduq. Hər kəsin ailəsi narahat olmuşdu-çünki saat 24:00 idi. Səhər hamıya məlum olduki Elnur müəllimin övladı dünyaya gəlib. Kollektiv şifahi təbrik etdi. E.Fərəcov iki-üç günlük məzuniyyət götürdü. Amma mənim işdə olmağıma baxmayaraq yanında saxladı. Özünün və qaynanasının xəstəxana-aptek-evi arasındakı marşrutunu mənimlə təmin etdi. Təxminən 10 gündən sonra iş günündə E.Fərəcov ailəsi ilə birlikdə Gəncə şəhərinə aparmağımı tələb etdi. Gəncə şəhərinə çatarkən Nizami məqbərəsinin yanındakı körpünün altında Vaz 2107 markalı ağ rəngində, Ağıstafa filianının Kİ-nə məxsus avtomobil gözləyirdi. E.Fərəcov ailəsi ilə birlikdə həmin avtomobilə mindi və mənə marşrut listinə km-ləri yazmamağımı tələb etdi və hətta yanacağın pulunu belə vermədi. Mən oradan çox gərgin əsəbi halda dala qayıtdım. Yolda Ofisə zəng etdim işçilərə olanları danışdım. Məni sakitləşdirməyə çalışdılar və avtomobili tam sakitləşəndən sonra sürməyimi məsləhət gördülər. Bir dəfə E.Fərəcovun qardaşı Zaqatalaya qonaq gəlmişdi. Təxminən 10 gün qaldı. E.Fərəcov Ağstafa rayonuna valideynlərin yanına getmək istəyəndə qardaşı Zaqatalanı bəyəndiyinə görə bir azda qalacağını söylədi. E.Fərəcov mənə bazar günü qardaşını Ağstafaya aparmağımı özü isə Ağstafada olduğu üçün mənimlə geri qayıdacağını söylədi. E.Fərəcov mənə verdiyi tapşırıqlardan imtina etməyə qorxurdum. Çünki hər dəfə o mənə əlində böyük səlahiyyət olduğunu və ofisdən üreyi istədiyi işçini işdən xaric etməyə qadir olduğunu söyləyirdi. E.Fərəcovun dili ilə desək –belə bir fraza işlədirdi -“mən ürəyim istəyən işçinin qələmini sındıra bilərəm”. Bu günki gün o məni heç bir əsassız işdən xaric etdirməklə bunu bir daha sübut etdi. Mən avtomobilimi dəyişdim və daha komfortlu, etibarlı, geniş şəraitli bir avtomobili FİNCA-dan kredit götürüb aldım. Məvacibimdən kredit ödəməyə başladım. Bu zaman E.Fərəcov şəxsi sürüşlərini icra etməyə çətinlik çəkməyə başladı. Bütün bu müddətdə onun FİNCA krediti ilə aldığı şəxsi avtomobili evinin qarşısında dururdu. Mənim kredit ödədiyimi, onun gün ərzində olan bütün şəxsi sürüşlərini mənim öz məvacibimdən ödədiyimi söylədim. E.Fərəcova öz şəxsi avtomobili ilə işə gəlib-getməsini xahiş etdim. E.Fərəcov –“mənə səhər-səhər çox soyuq olur, maşını xoda salmaq ne po kayfu –sən gəl”-deyə cavab verdi. Mən yaya qədər səbr etdim. Bir sözlə E.Fərəcov şəxsi maraqlarını güdüb FİNCAya heç bir aidiatı olmayan gediş-gəlişlərindən artıq təngə gəldim. Onunla ciddi söhbət etməyə qərar verdim. Artıq onun heç bir şəxsi işinə maşını sürməyəcəyimi dedim. O mənə- “sən FİNCA ya işə girəndə belə olacağını bilmirdin?!”-dedi. Məndə ona- FİNCA-da, bu gündən sonra qanuni olan yerlərdən başqa heç yerə sürməyəcəyimi söylədim. O mənimlə mübahisə etdi. Ancaq mənim qəti qərar verdiyimi gördükdə- “sən FİNCA-da heçkimsən- sıradan bir sürücü, ona görədə belə çox getməzsən...”-və s. bu cür təhqirani sözlərlə hədələyərək söhbəti bitirdi. “Məndən hara istəyirsən-hətda Cefə belə şikayət edə bilərsən” -deyirdi. O gündən sonra, dəqiqliklə desəm 6 aydırki mənimlə ədavət aparır. Bu 6 ayda mənə çox təzyiqlər göstərib. Məni öz çirkin əməlləri ilə mənəvi olaraq sındırmağa çalışıb, mənim bu vəziyyətdən bezdirib işdən çıxmağıma məcbur edirdi. Mənimlə olan ədavətini ofis işindən üstün tutaraq, zəruri və vacib olan ofisin transport ehtiyaclarını təmin etmirdi və bununla ofisin avtomobilə ehtiyacı olmamasını sanki sübut etmək istəyirdi. Məsələn: Kİ Rövşən müəllim reklam üçün E.Fərəcov və Kİ-ləri ilə birlikdə məsləhətli gün təyin etmişdi. Həmin gün o, reklama getmək üçün ofis maşınını istədi. E.Fərəcov –“ofis maşını reklama getmək üçün deyil” -deyərək Kİ-lərini tam ruhdan saldı. Digər bir şey- dəfələrlə olub ki, ödəniş tapşırıqları müəyyən səbəbdən gecikir və onların Balakən rayonuna çatdırılması ofis maşını ilə deyil digər vasitələrlə: yəni- həmin ofisin Kİ-ləri müştərilərlə görüşlərin təxirə salınması və onların gözlədilməsi nəticəsində və ya taksilər ilə göndərilirdi. Halbuki mənim müqaviləmə əsasən bütün daşınan sənədlərin məxfiliyi və qorunub çatdırılma məsuliyyəti mənim üzərimdədir. Məni işdən kənarlaşdırmaqdan ötrü hər bir çirkin əmələ əl atıb. Bunu açıq-aydın bütün kollektiv qarşısında edib. Mənimlə aparan şəxsi qərəzli ədavəti bütün kollektiv qarşısında edib. Bunu bütün ofis işçiləri açıq-aydın görürdü. Mənim “şatıl”-a getməli olduğum zaman bilərəkdən nahar vaxtlarıma salır, problemlər yaradırdı. Elnur Fərəcova bu haqda müraciət etdikdə mənə kobudcasına cavab verirdi. “Şatıl” marşrutlarımızı düzgün təyin edilməsi barədə əməliyyat meneceri əvəz edicisi Lalə xanima yazılı surətdə müraciət etmişəm. Elnur Fərəcova mənimlə dürüst rəftar etməsi haqda xahiş edirdim, hətda himayəmdə dörd nəfər olduğunu və onları halal zəhmətimlə təmin etdiyimi xatırladırdım. Lakin Elnur Fərəcov bunlara məhəl qoymadan mənə şərt qoyurdu “Ya əvvəlki Hüseyn olaraq mənə qulluq edəcəksən ya da “Finca” -dan gedəcəksən- seçim sənindir.” Və bununla məni hədələyirdi. Elnur Fərəcov cənabları menecer vəzifəsindən sui istifadə edərək öz başnalıqlarda edirdi. Onun gün ərzində komputer qarşısında cürəbəcür oyunlar oynadığının dəfəfələrlə şahidi olmuşam. Ağdaş filialının keçmiş meneceri Elşən müəllimlə pul mərci ilə oyunlar oynayıb və ona qalib gəldiyi zaman şəxsən məni (Ə.Hüseyn) kabinetinə çağıraraq mənə lovğalanaraq oyunu göstərirdi. Həmin oyunu Sizə yazılı olaraq izah edə bilmədiyim üçün şifahi olaraq izah edə bilərəm. Elnur Fərəcov cənabları menecer vəzifəsində görüləsi işləri diqər işçilərə həvalə edirdi. Rayonumuzda fəaliyyət qöstərən banklar, kredit təşkilatlari, müəssisələrlə və icra strukturları ilə unsiyyət yaratmırdı. İcra hakimiyyəti tərəfindən rəsmi dəvət olunan tədbirlərə getmirdi mübahisələr yaradırdı. Nəticədə rayonda “Finca”-nın yuksək imicinə zərər vuraraq nüfüzdan düşməsinə səbəb olurdu. Filialın müəssisə, təşkilat, icra strukturlarina işi düşdüyü zaman menecer kimi problemləri həll edə bilmirdi. Bunun nəticəsində filial aylarla susuz, işıqsız, qazsız qaldığını bilirsiz. Müştərilərlə görüş zamanı səviyyəsiz dialoq aparır filialı gülünc vəziyyətində qoyur. Müştərilər tərəfindən dəfələrlə “bankı uşaq idarə edir” ifadəsini eşidirdik. Hörmətli cənab CEF FLAUERS mənim Sizə bu müraciətimdə adi bir işçinin hüquqlarının kobudcasına pozulması qöstərilir. Sizin hər bir “FİNCA” işcisinin huquqlarının qorunmasında səylərinizi bilirik. Şəki filialında baş vermiş rüşvətxorluq hadisəsi yadımızdadır. Elnur Fərəcovun vəzifəsindən sui istifadə edərək, mənim vəsaitim hesabına şəxsi qediş-qəlişini mənim işdə qalmağım üçün “rüşvət” və ya “hörmət” kimi qəbul etməsini nəzərə alaraq Sizdən düzgün mövqeylə ədalətli rəy vermənizi xahiş edirəm. Mən “FİNCA” işçisi olaraq şəffaf və rüşvətsiz xidmət göstərdiyimizlə qürur duyuram. Heyyətimizdə hər hansı “rüşvətxor”, “şirinlik” və ya “hörmət” rüyasında olan Elnur Fərəcov cənablari kimi insanlarin aramızda olmasını təhqir kimi qiymətləndirir və qəbul edirəm.

Hörmətlə Zaqatala filialının sürücüsü Əliyev Hüseyn


Sürəti: FINCA International John Keith Hatch Central Administrative/Executive Offices Washington, DC FINCA International 1101 Fourteenth Street, NW Eleventh Floor Washington, DC 20005 Tel: 202-682-1510 Fax: 202-682-1535

Volker Renner/Eurasia Regional Director 38-b Saksaganskoho Street, Office 4, 2nd floor 01033 Kiev, Ukraine Tel/Fax: +380-44-238-6904 and +380-44-568-5829 E-mail: vrenner@villagebanking.org

Jeff Flowers/Country Director FINCA Azerbaijan Jafar Jabbarli Street 44 Caspian Plaza, 5th floor Baku 1065, Azerbaijan Tel: +994-12-596-3384/85/86 Fax: +994-12-596-3387 E-mail: jflowers@finca.co-az.net