Zahid Qureş oğlu Cabbarov 1957-ci il yanvarın 2-də, Azərbaycan Respublikası Masallı rayonunun Qasımlı kəndində anadan olmuşdur. 1964-1974-cü illərdə ibtidai təhsilini Qasımlı qəsəbəsində almış və natamam orta təhsilini Masallı rayonu Xıl kəndində davam etdirərək bitirmişdir.
1976-1978-ci illərdə Silahlı Qüvvələrin sıralarında hərbi xidmət keçmişdir.
Zahid Cabbarov, 1982-1986-cı illərində Rusiya Federasiyasının Voronej şəhərində, Voronej xüsusi milis məktəbində təhsil almış, və oranı qırmızı diplomla bitirmişdir. İkinci ali təhsil olaraq, 1993-1997-ci illərdə Özbəkistanın Səmərqənd şəhərində yerləşən A.Nəvai adına Səmərqənd Dövlət universitetinin Hüquqşünastlıq fakültəsini bitirmişdir, və təhsil aldığı dövrdə paralel olaraq, 1998-ci ilə qədər Səmərqənd şəhərinin ″Köhnə şəhər (Stariy Qorod)″adlanan ərazisinin Mühafizə Polis Xidmət bölməsinin rəis vəzifəsində çalışmışdır.
1998-ci ildə Azərbaycana qayıdaraq Mayor rütbəsi ilə təltif olunur. Həmin ildən etibarən, Zahid Cabbarov Masallı rayonunda Polis şöbəsinin müxtəlif struktur qurumlarında fərqli vəzifələrdə işləmişdir.
Daha sonra, 2007-ci ildən etibarən Lənkəran şəhər Polis idarəsində ____ müvəkilli vəzifəsində çalışmağa başlamış, və çalıdışğı dövrlər ərzində vəzifəsində yüksələrək Cinayət Axtarış bölməsinin rəis vəzifəsinə təyin olunmuşdur.
Çalışdığı müddətdə, Polkovnik-leytenant rütbəsinə layiq görülmüşdür.
Cinayətkarlığa qarşı mübarizədə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirməsində, ictimai təhlükəsizliyin mühafizəsində xidməti vəzifələri yerinə yetirərkən fərqləndiyinə görə müxtəlif mükafatlara layiq görülmüşdür:
- 29 dekar 2008-ci il tarixində Cabbarov Zahid Qureş oğlu Azərbaycan Respublikası Lənkəran şəhər İcra Hakimiyyəti tərəfindən rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə fəxri fərmanla təltif olunmuşdur.
Və həmçinin, Azərbaycanda çalışdığı dövrdə, MDB ölkələri üzrə də Beynəlxalq axtarış müfəttişi olaraq vəzifəsini davam etdirmişdir. Vəzifə öhdəliyi olaraq, fərqli ölkələrə ezamları olmuşdur.
Zahid Cabbarov 2021-ci ilin martın 24 vəfat etmiş və Masallı rayonu Xıl kəndində dəfn olunmuştur. Çox sayda insan öz qəlbinin hökmü ilə onun dəfn mərasimində iştirak etmişdir. Onu son mənzilə yola salmağa müxtəlif peşə sahibləri, kəndlilər, dövlət adamları gəlmişlər.
Əgər xalqımızın tarixini vərəqləsək,müxtəlif vaxtlarda belə mütəfəkkirlərin yetişdiyinin şahidi olarıq. Belə insanlarla yaşanan dəqiqələr insana bir ömür boyu bəs edir, onların şəxsiyyəti, mənəviyyatı, əməlləri sənə örnək olur. Alicənab, müdrik, xeyirxah və gözəl insan Zahid Qureş oğlu Cabbarov xalqımızın yetirdiyi dəyərli şəxslərdən biri idi.